Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:22

Putin əsir düşmüş desantçılardan danışıb


Vladimir Putin
Vladimir Putin

-

Rusiya prezidenti Vladimir Putin jurnalistlərlə söhbətində Ukrayna ərazisində saxlanmış rusiyalı desantçılardan danışıb. O, Kiyevə Rusiyadan qayıtmış ukraynalı hərbçiləri xatırladıb və ümid edib ki, bu halda da problem olmayacaq.

Öncə Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lysenko deyib ki, rusiyalı desantçılar hərbi əsir deyillər. Onun sözlərinə görə, onlar dövlət sərhədinin qanunsuz keçməyə, terrorçu təşkilatlarla əməkdaşlığa, onda iştiraka və silahla qanunsuz davranışa görə saxlanıblar. «Rusiya hərbçiləri ifadə veriblər, onların gələcək taleyini hüquq-mühafizə orqanları müəyyənləşdirəcək», Lysneko bildirib.

Rusiyanın 20 hərbçisi avqustun 24-də Donetsk ərazisində əsir düşüb. Dindirilmə zamanı bəlli olub ki, onlar hara getdiklərini bilməyiblər. Ancaq Ukrayna bayrağı olan tankı görəndən sonra bu ölkənin ərazisində olduqlarını anlayıblar.

XS
SM
MD
LG