Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:55

-

Azərbaycan əsilli britaniyalı müğənni Sami Yusuf BMT-nin Ümümdünya Ərzaq Proqramının (ÜƏP) aclıqla mübarizə üzrə səfiri təyin edilib. Bu barədə təşkilat avqustun 26-da məlumat yayıb.

Məlumatda müğənninin uzun müddət ÜƏP-in fəaliyyətini dəstəklədiyi bildirilir. Qeyd olunur ki, o, albomlarının satışından əldə etdiyi vəsaitlə ehtiyacı olanlara ərzaq yardımı çatdırılması əməliyyatlarını maliyyələşdirib.

Sami Yusuf həmçinin Misir və İordaniyada məskunlaşan suriyalı qaçqınların düşərgəsində olub, ÜƏP çərçivəsində yardımların neçə çatdırılmasını müşahidə edib. O, mahnılarından birini ötən il Filippində qasırğadan zərərçəkənlərə həsr edib.

Sami Yusif 1980-cı ildə İranda azərbaycanlı ailəsində anadan olub. Uşaq yaşlarında ailəsi ilə Böyük Britaniyaya köçüb.

BMT Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hazırda dünyada 842 milyon yetərincə qidalana bilmir. 2013-cü ildə ÜƏP 75 ölkədə 80 milyondan çox insana ərzaq yardımı edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG