Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:54

İlham Əliyev: «Müstəqillik bizim ən böyük sərvətimizdir»


İlham Əliyev

İlham Əliyev

-

«Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir».

Bunu ötən gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində prezident İlham Əliyev deyib. Prezident bildirib ki, qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib:

«Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var».

Bakıda Xalça Muzeyinin açılışına toxunan dövlət başçısı bildirib ki, Azərbaycan xalça sənətinin vətənidir:

«Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil. Ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib. Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir».

Prezident muzeydə 15 minə yaxın eksponatın olduğunu bildirərək, hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeylərinin fəaliyyət göstərdiyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG