Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

Putinlə Poroshenko birbaşa danışıqlar aparıblar


Vladimir Putin və Petro Poroshenko

Vladimir Putin və Petro Poroshenko

-

Rusiya və Ukrayna prezidentləri Ukraynanın şərqindəki böhrana dair birbaşa danışıqlar aparıblar, ancaq elə bir irəliləyiş barədə məlumat verilmir.

Vladimir PutinPetro Poroshenko avqustun 26-da Minskdə iki saatlıq təkbətək görüş keçiriblər. Öncə Avropa Birliyi rəsmiləri, Belarus və Qazaxıstan prezidentləri ilə daha geniş formatda danışıqlar olub.

Poroshenko bildirib ki, bütün tərəflər Ukrayna qüvvələri və rusiyayönlü separatçılar arasında döyüşün dayandırılması üçün Kiyevin sülh təkliflərini dəstəkləyir və mümkün qədər tez «yol xəritəsi» hazırlanacaq.

Putin isə deyib ki, «bu sülh prosesi başlanarsa, Rusiya onu dəstəkləmək üçün əlindən gələni edəcək», ancaq yaraqlılarla atəşkəsin şərtlərini hazırlamaq Kiyevin üzərinə düşür.

Poroshenko onu da deyib ki, Rusiya və Ukrayna sərhədçiləri arasında məsləhətləşmələrin başlanması, eləcə də «qanunsuz saxlanan vətəndaşların» buraxılmasına dair razılıq əldə olunub.

AÇIQ QALAN SUALLAR VAR...

Görüşün nəticələrindən danışan Putin deyib ki, Rusiya və Ukraynada «xeyli açıq suallar» qalıb. Onun sözlərinə görə, Ukraynanın şərqində atəşkəsin şərtləri müzakirə olunmayıb. Beləliklə o, rəsmi olaraq Rusiyanın münaqişə tərəfi olmadığını bəyan edib. Rusiya liderinin sözlərinə görə, ukraynalı həmkarı ilə Ukraynanın şərqindəki sakinlərə humanitar yardım göstərilməsi barədə razılığa gəlib. Putin deyib ki, görüşdə qaz məsələsi də müzakirə olunub.

Ukraynadakı durumla bağlı Minsk danışıqları «səmimi və müsbət» olub. Bunu AB-nin xarici siyasət rəhbəri Catherine Ashton deyib. Onun sözlərinə görə, AB Ukraynada atəşkəsə dair danışıqlara başlamağı təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG