Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Jurnalist internatdakı hadisə ilə bağlı prokurorluqda ifadə verib


-

«Bizim Yol» qəzetinin əməkdaşı Gülər Mehdizadə avqustun 26-da Bakı şəhər Prokurorluğunda dindirilib.

Jurnalistin AzadlıqRadiosuna dediyinə görə, onun istintaqa çağırılması 7 saylı internatda azyaşlı Nahid Cavadovun döyülməsi faktı üzrə açılmış cinayət işi ilə bağlı olub:

«Məndən 8 yaşlı Nahid Cavadovun döyülməsi ilə bağlı məlumatın kim tərəfindən verildiyini soruşdular, mən də mənbə barədə bir söz demədim. Dedilər zərurət yaransa, yenə istintaqa çağıracaqlar».

Bu ilin mayında sosial şəbəkələrdə Suraxanıdakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində müəllimin Nahid Cavadovu dəyənəklə döyməsi barədə məlumat yayılıb. Bu barədə ilk məlumat yayan jurnalist Gülər Mehdizadə olub.

Rəsmi qurumlar şagirdin məktəbin sanitar qovşağında sürüşərək yıxıldığını, alın nahiyəsindən zədə aldığını bildiriblər. Bundan sonra «Youtube»da Nahid Cavadovun videosu yayılıb. Videogörüntüdə o, Afaq adlı müəllimə tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin bilə-bilə yalan xəbərçilik etmə və səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinə tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG