Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

-

Avqustun 26-sı səhər saat 11 radələrində Qazax rayonunun Kəmərli kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna Kəmərli kənd icra nümayəndəsi Adıgözəl Dursunov məlumat verib:

«Səhər idarədə idim, həyat yoldaşım zəng etdi ki, kiçik oğlum evimizin yanında bir Ermənistan vətəndaşı görüb. Biz onu saxladıq. Yaşı haradasa 50, bir az yuxarı olardı. Mən ermənicə bir az bilirəm. Ondan adını, niyə gəldiyini soruşdum. Təxminən 20 dəqiqə sonra onu hərbçilər götürdü. Amma onu deyim ki, o, mənə dediyi adla hərbçilərə dediyi ad fərqli idi. Ona bəzi suallar verdim, belə başa düşdüm nəsə təxribat qrupunun üzvüdür. Hərbçilər onu hara apardı, bu barədə bir söz deyə bilmərəm».

Azərbaycanın Müdafiə Nazirliyi hələ ki məlumatı nə təkzib, nə də təsdiq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG