Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Azərbaycan vətəndaşı təyyarəni Yerevanda yerə enməyə «məcbur etdi»


-

“Aeroflot” şirkətinin Dubay-Moskva reysi ilə uçan təyyarəsi Yerevanda məcburi eniş edib. Onu buna vadar edən sərxoş sərnişinin təyyarədə şuluq salması olub.

Şahidlərin “RİA-Novosti” agentliyinə dediyinə görə, 30-35 yaşlarında olan həmin sərnişin Azərbaycan vətəndaşı olub və təyyarə Dubayda göyə qalxandan sonra başlayıb təyyarədə bərkdən danışmağa, söyüş söyməyə.

Sərxoş sərnişini sakitləşdirmək üçün stüardessalar məcbur olub, kişi sərnişinlərə müraciət ediblər.

Şahidlər “RİA-Novosti”-yə deyiblər ki, “stüardessalar onunla bacara bilmirdilər. Kişi sərnişinlər onun üstə töküldü, 6 nəfər olardı. Stüardessalar kəmərlər, skotç, dəsmalllar gətirdilər. Möhkəm bağladılar, onu demək olar ki, oturacağa pərçimlədilər”.

Bundan sonra təyyarəni Yerevan hava limanında yerə endiriblər.

“Orda 2 saat yarım dayandıq. Pilotlar bu sərnişini yerli polisə təhvil vermək istəyirdi, ancaq o, Azərbaycan vətəndaşı çıxdı. Yerli Ermənistan rəsmiləri onu qəbul etmək istəmədilər, yalnız qollarına qandal taxdılar. Gələn həkimlər ona sakitləşdirici iynə vurdular. Bir qədər sonra o, yuxuya getdi. Beləcə onunla Moskvayacan uçduq”.

Moskvaya təyyarə 3 saatlıq gecikmə ilə çatıb. Burda həmin sərnişini polisə təhvil veriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG