Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

Poroshenko deyir ki, Minsk görüşləri dünyanın taleyini həll edir


Ukrayna prezidenti Pertro Poroshenko Minskdə deyib ki, onun Rusiya prezidenti Putinlə və Avropa Birliyi liderləri ilə Minskdəki görüşləri dünyanın və Avropanın taleyini həll edəcək.

Poroshenko bunu Minskdə çoxtərəfli danışıqlar vaxtı deyib. Həmin danışıqlarda Rusiya, Qazaxıstan, Belarus prezidentləri və Avropa Birliyinin xarici siyasət rəhbəri Ashton iştirak edir.

Poroshenko bildirib ki, o siyasi kompromiss axtarır və separtaçılara silah təchizatı dayansa şərqi Ukranayanda sülhə yol açılar.

Rusiya prezidenti Putin deyib ki, Ukrayna böhranı Kiyevlə şərq regionlarının təmsilçiləri arasında birbaşa danışıqlarla həll oluna bilər.

XS
SM
MD
LG