Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:03

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərə gəlir


Qarabağ münaqişəsinin nizamlanmasıyla məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərinin yaxın günlərdə bölgəyə səfəri gözlənilir. Bu barədə «Azadlıq» radiosuna Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Tağızadə məlumat verib. Onlar bu həftənin sonunda danışıqların hazırkı mərhələsinə dair Avropa Birliyi sədrliyini də məlumatlandırmaq üçün Helsinkiyə gedəcəklər. Həmsədrlərin regiona növbəti səfəri sülh danışıqlarını irəlilədə biləcəkmi sualını cavablandıran Tahir Tağızadə deyib ki, bu səfərlərə ümidlə baxılır. «Hesab edirik ki, bu cür səfərlər sülh prosesində inkişafa doğru bir addımdır».

Sentyabrın 26-da isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Ermənistan xarici işlər naziri Vardan Oskanyan da Nyu-Yorkda Minsk qrupu həmsədrləri ilə görüşüb.


ATƏT-in Mİnsk qrupu həmsədrləri sonuncu dəfə Bakıda və Yerevanda bu ilin mayında olublar. Ondan sonra amerikalı həmsədr Mətyu Brayza regiona səfər edib və həmkarlarıyla Parisdə məsləhətləşmələr aparıb.


XS
SM
MD
LG