Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

-

Muxtar respublikada keçirilən iməciliklər isti yay günlərində də davam etdirilir

«Şərq qapısı» 26 avqust 2014

Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırmışdır. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olmuş, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artmışdır.

Avqustun 23-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri «Əshabi-Kəhf Ziyarətgahı» Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafındakı 3,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.

Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə ağacları əkilmişdir. İməcilik iştirakçıları ağacları suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yaşıllıqlara qulluq işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

XS
SM
MD
LG