Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:14

-

Birləşmiş Ştatlar bildirir ki, Osama bin Laden-in kürəkəni həyatının qalan hissəsini həbsxanada keçirməlidir. O, terrorçuluqda ittiham olunur.

Avqustun 25-də təqdim olunan sənədlərdə Nyu York müstəntiqləri bildirir ki, Sulaiman Abu Ghaith-ə ömürlük cəza bütün gələcək terrorçulara mühüm mesaj olardı.

Abu Ghaith-ə martda, 2001-ci il 11 sentyabr terrorunda Al-Qaidə sözçüsü kimi roluna görə ittiham irəli sürülüb. İttihamlara amerikalıları öldürmək və Al-Qaidəyə dəstək daxildir.

Küveytdə doğulmuş 48 yaşlı Abu Ghaith bin Ladenin böyük qızı ilə evlidir.

O, 2011-ci ildən bəri ABŞ-da mühakimə olunmuş ən yüksək rütbəli Al-Qaidə rəsmisidir. Ona hökm sentyabrın 23-də oxunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG