Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

Ashton sentyabrın 1-də İranın xarici işlər naziri ilə görüşəcək


Catherine Ashton
Catherine Ashton

-

Avropa Birliyi bildirir ki, AB-nin xarici siyasət rəhbəri Catherine Ashton sentyabrın 1-də Brüsseldə İranın xarici işlər naziri Mohammad Javad Zarif ilə görüşəcək, yenilənmiş nüvə danışıqlarının çərçivəsini müzakirə edəcək.

Tehranın beynəlxalq Atom Enerjisinin suallarını cavablandırması üçün qoyulmuş son tarix bitib. İranın bu informasiyanı təqdim edib-etməməsi barədə bir söz deyilmir.

İyulda keçirilən son görüşdə Ashton və Zarif razılaşıblar ki, İranla P5+1 ölkələri arasında bitkin nüvə razılaşmasının əldə olunması üçün son tarixi noyabrın 24-dək uzatsınlar.

P5+1 formatına BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü üstəgəl Almaniya daxildir. Bu formatda növbəti danışıqlar sentyabrın 16-da, Nyu Yorkda, BMT Baş Assambleyasının görüşü çərçivəsində keçiriləcək.

XS
SM
MD
LG