Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:18

Pakistan ruhanisi deyir ki, baş nazir istefa verməsə, «ölməyə hazırdır»


Tahir ul-Qadri
Tahir ul-Qadri

-

İslamabadda hökumət əleyhinə etiraz aksiyasına rəhbərlik edən pakistanlı ruhani deyir ki, baş nazir Nawaz Sharif 48 saat ərzində istefa verməsə, ölməyə hazırdır. Tahir-ul-Qadri avqustun 25-də parlamentin qarşısında minlərlə etirazçıya ağ kəfən göstərib və deyib ki, bu kəfən ya özünə, ya da Sharif hökumətinə qismət olacaq.

Müxalifətdən olan siyasətçi Imran Khan-ın qoyduğu ultimatumun vaxtı da bitib.

Sharif istefa verməzsə, Qadri və Khan-ın nə edəcəyi bəlli deyil, ancaq onların, tərəfdarlarını parlamentə və ya Sharif-in ofisinə girməyə çağıracağı sarıdan narahatlıq var. Bu halda həmin binaları qoruyan əsgərlərlə qarşıdurma yarana bilər.

Avqustun 15-dən minlərlə etirazçı İslamabadda aksiya keçirir.

XS
SM
MD
LG