Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

-

«AVROPA ŞURASI OYUNCAQ BİR QURUMDUR»

«İndiki mərhələdə Qərbin Azərbaycana qarşı hansısa sərt addım atacağı gözlənilən deyil. Çünki bunun əlamətləri görünmür. Azərbaycandakı vəziyyətlə bağlı ciddi narahatlıq, hansısa təpkilər müşahidə olunmur». Bunu «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu «Yeni Müsavat» qəzetinə deyib. Ə. Oruclu AŞPA-nın payız sessiyasında da Azərbaycana qarşı ciddi qərarın qəbul olunmayacağını düşünür: «Avropa Şurası baş katibinin müraciətini gördük və orada artıq hər şey deyilmişdi. AŞ adlı qurum artıq mənasız bir qurumdur, məlum deyil ki, nədir. Mən heç vaxt bu təşkilat haqqında pozitiv fikirdə olmamışam. Baş verənlərə qurum rəhbərliyinin yanaşması da göstərdi ki, yanaşmam doğrudur. Avropa Şurası oyuncaq bir qurumdur, çoxdan öz mənasını, əhəmiyyətini itirib».

AMERİKALI MÜƏLLİMƏ ƏLİYEVƏ MƏKTUB YAZDI

«Azadlıq» qəzeti: Bir qədər əvvəl «Amnesty International» Murad Ədilovun həbsinə görə dünya ictimaiyyətinə çağırış etmişdi. Çağırışda dünyanın vicdanı ayıq kəsimindən xahiş edilirdi ki, siyasi fəallığına görə şərlənərək həbs edilən və saxlanma yerində işgəncə görən, müdafiə hüququ kobud şəkildə pozulan Murada görə dövlət başçısı İlham Əliyev və baş prokuror Zakir Qaralova müraciətlər göndərilsin. Bu müraciətə qoşulanlardan biri Muradın qardaşı, qəzetimizin əməkdaşı Natiq Ədilovun ABŞ-da müəlliməsi olmuş Shari Deghidir. San Fransiskoda yaşayan xanım Shari Murad Ədilovun həbsi ilə bağlı «Amnesty International»ın narahatlığını bölüşür və dövlət başçısından xahiş edir ki, beynəlxalq qanunlara hörmət bəsləyərək, Muradın pozulan hüquqlarının bərpası üçün səlahiyyətlərindən istifadə etsin. Məktubda Muradın vəkillə təminatında yaranan problemin də dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb.
«Prezident İlham Əliyev, mən sizin ədalət hissinizə müraciət edirəm: öz ölkəsinin gələcəyi barədə dərindən düşünən vətəndaşınız Murad Ədilov barədə düzgün qərar qəbul edin», - deyə amerikalı müəllimə məktubunda yazır.

MÜASİR İSLAM ALƏMİNİN NÜFUZLU LİDERLƏRİNDƏN BİRİ

Avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsinə rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin ad günüdür. «Azərbaycan» qəzeti akademik Vasim Məmmədəliyevin məqaləsini dərc edib. Yazıda oxuyuruq:

«Dahi şəxsiyyət Heydər Əliyevi özü üçün böyük örnək sayan şeyxülislam səmimi olaraq özünün uğurlarını da bu böyük şəxsiyyətin Azərbaycan naminə müdrik siyasəti ilə bağlayır və Azərbaycanın səadətini ulu öndərin yolunu davam etdirən, xalqımızın milli-mənəvi dəyərlərinə böyük önəm verən zati-aliləri İlham Əliyevin rəhbərliyində görür. A. Paşazadə dünya miqyasında dinlərarası dialoq prosesinin fəal müdafiəçisi, bu istiqamətdə fəal iş aparan, tolerantlıq, multikulturalizm ideyalarının yorulmaz təbliğatçısı kimi çıxış edir».

«AST TELMAN»IN BAŞI DƏRDDƏ

«Bizim yol» qəzeti Rusiyada yaşayan Azərbaycan əsilli biznesmen Telman İsmayılovdan yazır. Rusiyalı iqtisadi şərhçi Viktor Gimbarovski qəzetə deyib ki, Telman İsmayılov bir çox sahələrdə biznesə girişmişdi, amma əsas gəlir mənbəyi Çerkizov bazarı idi. Bu bazar Avrasiya məkanında ən böyük topdan satış bazarı idi. Ekspertlər hesab edirdilər ki, bazarın sahibinin gündəlik gəliri 1 milyon dollar idi... İndiyə qədər biznes elitasında Telman İsmayılovun hansısa əyləncə mərkəzində Putin haqqında xoşagəlməz sözlər söyləməsindən danışırlar. Təsadüfi deyil ki, bu gün oliqarxın bütün biznesi ciddi pressinq altına düşüb.

«Kiprdəki hesabların dondurulması, borc öhdəliyi ətrafında Telman İsmayılov və Sergey Yanmukovun şirkətləri arasında arbitraj mübahisəsinin nəticəsidir. Maraqlı məsələ başqadır. Təkcə «Mardan Palace»ın qiyməti borcun qiymətindən dəfələrlə çoxdur, amma məhkəmə Telman İsmayılovun Moskvadakı mülkiyyətinə də həbs qoyub. Görünür vergidən yayınmaq üçün Telman İsmayılov Kiprdəki offşor kompaniyalardan istifadə edib. Təbii ki, baş verənlərdə Telman İsmayılovun Rusiya hakimiyyətinin gözündən düşməsini inkar eləmək olmaz».

AZƏRBAYCANLILAR AZ ÇÖRƏK YEMƏYƏ BAŞLAYIBLAR

«Эхо» qəzeti yazır ki, Azərbaycan əhalisi çörəyi az yeməyə başlayıb. Bunu statistik rəqəmlərə əsasən demək olar. Dövlət Statistika Komitəsinin məlumatına görə. 2007-ci ildə adambaşına 158.9 kiloqram çörək işlənirdisə, 2013-cü ildə bu göstərici 141.6 kq olub. Əhalinin çörəyə tələbatı da 12% azalıb. Ancaq kartofa tələbat artıb. 2007-ci ildə adambaşına 50,8, 2013-cü ildə 64,2 kq kartof işlənib. Kartof tələbatı 26% artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG