Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:17

-

Ötən gün İraqın cənubunda və Bağdadda təriqətlərarası gərginlik zəminində silsilə partlayışlar olub, azı 54 adam ölüb.

Avqustun 25-də partlayışlardan birinin hədəfi Bağdaddakı şiə məscidi olub, 11 nəfər ölüb/ Daha 11 nəfər isə şiələrin rayonunda iki minalanmış maşının partladılması zamanı ölüb.

Paytaxtın sünnilər yaşayan ərazisində isə 5 adam partlayış qurbanı olub.

İraqın cənubunda – Kərbəla şəhərində və Hillahda 33 nəfər ölüb. Associated Press-in yaydığı bu məlumatı müstəqil mənbələrlə yoxlamaq mümkün olmayıb.

Bu hücumlar Bağdadın şimal-şərqində məsciddə 70 sünni dindarın öldürülməsindən sonraya təsadüf edir. Təriqətlərarası gərginlik baş nazir postuna Haider al-Abadi-nin namizədliyi irəli sürüləndən artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG