Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:22

Vəkil: «İntiqam Əliyevin yazışmaları senzuradan keçirilir»


İntiqam Əliyev
İntiqam Əliyev

-

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin vəkillərlə yazışması senzuradan keçirilir.

Bu haqda AzadlıqRadiosuna vəkil Anar Qasımlı məlumat verib.

Vəkil deyir ki, İntiqam Əliyevin saxlanma şəraitindən şikayəti yoxdur:

«Avqustun 25-də görüşdüm. Saxlanma şəraitindən narazılığı yoxdur. Lakin onun vəkillərlə birgə müdafiə taktikası qurmasına ciddi bürokratik əngəllər var. Təcridxana rəhbərliyi İntiqam Əliyevin vəkillərinə müdafiə taktikası ilə bağlı göndərdiyi yazıları, yəni onun vəkillərlə yazışmalarını ciddi senzuradan keçirir. Məktubların verilməsində də problemlər var».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. «Amnesty International» onu «vicdan məhbusu» sayır.

XS
SM
MD
LG