Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:12

Erdoğan-ın andiçmə mərasiminə Ermənistan dəvət alıb


Serzh Sarkisian və Receb Tayyip Erdoğan - 2010
Serzh Sarkisian və Receb Tayyip Erdoğan - 2010

-

Ermənistan yeni seçilmiş Türkiyə prezidenti Erdoganın avqustun 28-də keçirilməli andiçmə mərasiminə dəvət alıb.

Bunu Ermənistan prezidenti Serj Sarkisian gənclər forumunda Ermənistan-Türkiyə münasibətləri haqda suala cavabında bildirib.

Sarkisian deyib ki, Türkiyəyə andiçmə mərasiminə yəqin ki, xarici işlər naziri Nalbandian gedəcək. Prezidentin sözlərinə görə, “Nalbandian həmçinin öyrənəcək ki, yeni Türkiyə prezidenti Ermənistana gəlmək və erməni soyqırımının 100 illiyində - 1915-ci il aprelin 24-də həmin qırğının xatirə abidəsini ziyarət etmək fikrindədirmi?”

Sarkisian Türkiyə-Ermənistan sərhəddinin nə vaxt açılacağını deməkdə çətinlik çəkib. O bildirib ki. Ermənistan bunun tezliklə baş verməsini istəyir.

XS
SM
MD
LG