Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:50

-

Avqustun 25-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

AZƏRBAYCAN «ÜÇÜNCÜ YOL» ASTANASINDA

«Yeni Müsavat»: Bir çoxları nədənsə güman edir ki, Azərbaycan bu gün mütləq iki inkişaf yolundan birini seçməli olan durumdadır - ya avrointeqrasiya, ya da Avrasiya inteqrasiyası. Birinci yola ölkəni fəal şəkildə Qərb sövq edir. Bu yol Avropa və ya Amerika demokratiyasının siyasi-iqtisadi, hüquqi dəyərlər modellərinə sözsüz düzlənməyi nəzərdə tutur. İkinci yola isə Azərbaycanı sərt şəkildə Rusiya məcbur edir. Bu yol isə Qərbdən uzaqlaşmağı, suverenliyi məhdudlaşdırmağı və Moskvanın cızdığı hərbi-siyasi, sosial-iqtisadi və ideoloji münasibətlər sisteminə uyğunlaşmağı diktə edir.... Hamı real olaraq dərk edir ki, Azərbaycan inkişaf modelinin seçməklə bağlı taleyüklü bir dönəm, öz strateji kursunu müəyyən etməkdə mürəkkəb bir mərhələ yaşayır. Bu narahatlıq, məsələyə belə ifrat həssaslıq başa düşüləndir. Amma inkişafın digər, şərti desək, «üçüncü yol»u da mövcuddur. Bu yolun uğurlu olduğunu «Asiya pələngləri» - Sinqapur, Malayziya, Tailand, həmçinin «neft monarxiyaları» - Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Qətər və s. ölkələr öz parlaq nümunələrində sübut ediblər.

AZƏRBAYCANLI DEPUTAT MAAŞINI TÜRKMANLARA BAĞIŞLADI

Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmanlarına bağışlayıb. ANS PRESS-in məlumatına görə, deputat «imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma» çağırıb.

«Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təəssüf ki, biz çağdaş siviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..!».

BAKIDA AĞACLARIN YENİ «SOYQIRIM» VIDEOLARI

Toğrul Əliyev adlı oxucu «Qafqazinfo»ya ünvanladığı şikayətində konkret ünvan göstərərək orada müxtəlif növ ağacların kəsildiyini və bunun qeyri-qanuni yolla aparıldığını iddia edir:

«Salam sizi Xətai rayonu, General Şıxlinski 1B binasının sakinləri adından narahat edirəm. Bizim binanın qarşısında qeyri-qanuni yolla tikinti işləri aparırlar. Orada binanın uşaq meydançasını zəbt edib və orada olan 10-a yaxın cavan və qoca ağaclar məhv edilib. Xahiş edirik ki, məsələni işıqlandırasınız».

FUNKSİONAL SAVADSIZLIQ ARADAN QALDIRILMALIDIR

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev «Azadlıq» qəzetinə müsahibəsində deyir ki, bu tədris ilində 700 bal toplayanların 2-nin türk liseylərinin, digər 2-nin isə Araz kurslarının məzunları olması 4500-dən çox yerli məktəblərimizlə müqayisədə çox yüksək göstəricidir. «176 qızıl medalçının 35-i türk liseylərinin məzunlarıdır. Təhsil nazirliyinin tabeçiliyində olan gimnaziya və liseylərdən isə cəmi 8 nəfər qızıl medal alıb. «Hər türk liseyinin məzunlarından 3-ü, bizim isə hər 32 məktəbimizin 1 məzunu qızıl medala layiq görülüb». Bu göstəricilər də bir kriteriya kimi orta təhsilimizin hansı durumda olduğunu göstərir. Qızıl medalçıların və 700 ballıların sayı ilə öyünmək lazım deyil. İndi qarşıda duran ən ciddi problem zəif oxuyanların gələcək taleyi barədə düşünməkdir. Başqa sözlə, funksional savadsızlığın aradan qaldırılmasıdır. Hesab edirəm ki, təhsildə sosial bərabərlik modeli tətbiq olunmalıdır. Buna «İsveç modeli» də deyirlər. Məsələn, İsveçdə zəif şagirdlərə köməklik göstərmək işi geniş vüsət alıb. Əlavə bilik almağa ehtiyacı olanlara daha çox dəstək verilir. Bu ölkədə bərabərlik prinsipi o qədər güclüdür ki, artıq «elitar məktəb» termini neqativ termin kimi işlənir. Bizdə isə zəiflər yalnız valideynlərin öhdəsinə buraxılıb. Bu da çox vaxt maddiyyatla bağlı olduğundan zəifləri dirçəltmək mümkün olmur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG