Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Tehranın xarici işlər naziri bildirir ki, İraqa İran əsgərləri lazım deyil


İraq və İran xarici işlər nazirləri
İraq və İran xarici işlər nazirləri

-

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, Tehran İslam Dövləti yaraqlılarına qarşı vuruşmaq üçün İraqa əsgər göndərməyə ehtiyac görmür. Zarif avqustun 24-də Bağdadda İraqın baş naziri olacaq Haider al-Abadi ilə görüşdən sonra danışıb. O, deyib ki, İranın İraqda hər hansı əsgəri yoxdur və Bağdadı əsgər yerləşdirməkdən fərqli yollarla dəstəkləyəcək.

Zarif və Abadi Al-Qaeda-dan törəmə İslam Dövləti qruplaşmasına qarşı beynəlxalq işlərə ehtiyacı müzakirə ediblər. İslam Dövləti İraqın qərbində və şimalında, eləcə də Suriyada böyük ərazilər ələ keçirib.

ABŞ-ın dəstəklədiyi İraq təhlükəsizlik qüvvələri isə ölkənin şimalındakı Baiji şəhərində böyük neft emalı zavoduna doğru yeni hərbi əməliyyata başlayıb.

Şiə dövləti olan İran uzun müddət İraqın vəzifədən gedən baş naziri Nuri al-Maliki-ni dəstəkləyib, ancaq indi Abadiyə dəstək göstərir.

XS
SM
MD
LG