Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:42

İran İsrailin pilotsuz təyyarəsini vurduğunu iddia edir


Arxiv foto
Arxiv foto

-

İran bildirir ki, hərbi qüvvələri avqustun 24-də İsrailin pilotsuz təyyarəsini vurub. Təyyarənin İranın hava məkanına girdiyi, Natanz nüvə obyekti yaxınlığında uçduğu söylənir.

İranın elitar İnqilab Qvardiyasının yaydığı bəyanata görə, «kəşfiyyatçı təyyarə» İranın mərkəzindəki Natanz uran zənginləşdirmə sahəsinə yaxınlaşmağa çalışırmış. İran bunu İsrailin «yeni avanturası» adlandırılıb.

İsrail rəsmilər hələlik məsələyə şərh verməyib.

Natanz İranın əsas uran zənginləşdirmə obyektidir və İranın bəlli sentrifuqaları burada yerləşir. Sentrifuqalar uranın yüksək həddə zənginləşdirilməsində, zənginləşdirilmiş uran isə nüvə enerjisi zavodlarında yanacaq kimi istifadə olunur. Ancaq daha yüksək həddə qədər zənginləşdiriləndə nüvə silahları üçün istifadə edilir.

İsrail İranın bu obyektdə nüvə silahı hazırladığını deyir və İranın nüvə qurğularına hücumla hədələyir.

XS
SM
MD
LG