Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58

Gürcüstan-Azərbaycan sərhədində növbə yaranıb


Balakən rayonu ərazisindəki Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsi

Balakən rayonu ərazisindəki Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsi

-

Avqustun 24-də Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqələrində uzun növbələr yaranıb.

Bu barədə AzadlıqRadiosuna Batumidən qayıdan, bir neçə saatdır Balakən rayonu ərazisindəki Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində gözləyən sürücülər məlumat verib.

Məlumata görə, Qırmızı Körpü sərhəd keçid məntəqəsində də eyni durum yaranıb. Sürücülər növbənin xeyli ləng irəlilədiyini bildirir.

Bazar günü olduğundan rəsmi orqanlardan problemin səbəbini öyrənmək mümkün olmayıb.

Ancaq sürücülər AzadlıqRadiosuna deyir ki, bir səbəb azərbaycanlı Rusiya vətəndaşlarının Gürcüstandan çıxa bilməməsi və Azərbaycandan keçmək cəhdi ola bilər. Belə ki, Gürcüstanın Rusiya ilə yeganə quru əlaqəsi olan Kazbek hərbi nəqliyyat yolu sel suları nəticəsində yuyulub sıradan çıxıb. Gürcüstana gəlmiş azərbaycanlıların yeganə variantı Azərbaycan üzərindən Rusiyaya getməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG