Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:33

Əfqanıstanın növbəti prezidenti sentyabrın 2-də and içəcək


Ashraf Ghani Ahmadzai və Abdullah Abdullah

Ashraf Ghani Ahmadzai və Abdullah Abdullah

Əfqanıstan prezidenti Hamid Karzai deyib ki, varisi sentyabrın 2-də işə başlayacaq. Avqustun 23-də yayılan bəyanatda bildirilir ki, hökumət sentyabrın 2-də «yeni prezidentin andiçmə mərasiminə tamamilə hazırdır» və həmin tarix dəyişməyəcək.

Mübahisəli 14 iyun seçkisinin nəticələrinin yoxlanma prosesi hələ bitməyib.

Prezident postunun iki əsas rəqibi Abdullah AbdullahAshraf Ghani Ahmadzai milli birlik hökumətinin yaradılması barədə razılaşma imzalayıb.

Seçki komissiyası səslərin 60 faizindən çoxunun təftiş olunduğunu deyir.

Karzai-nin bəyanatı onun Kabildə BMT missiyasının rəhbəri Jan Kubis-lə danışıqlarından sonra yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG