Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Gürcüstan Abxaziya seçkilərini tanımır


Abxaziya respublikasında keçirilən prezident seçkisi

Abxaziya respublikasında keçirilən prezident seçkisi

Gürcüstanın xarici işlər naziri bazar günü tanınmamış Abxaziya respublikasında keçirilən prezident seçkisini «qeyri-qanuni» adlandırıb və beynəlxalq ictimaiyyəti bu seçkini pisləməyə çağırıb. Tbilisi bu seçkini ölkənin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulması hesab edir.

Tanınmamış Abxaziya respublikasında prezident seçkisinə namizədlər Aslan Bjaniya, Leonid Dzapshba, Mirab KishmariyaRaul Khajimbadır. Onlar seçkidən öncə milli birliyə nail olunması üçün razılaşma imzalayıblar.

İyunda prezident Alexander Ankvab müxalifətin tələbiylə istefaya gedib. Müxalifət siyasi islahatlar, dövlət başçısının səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edirdi.

Abxaziya 1993-cü ildə Gürcüstandan ayrıldığını elan edib. Rusiya onun müstəqilliyini tanıyıb. BMT-nin Baş Assambleyasının qətnamələri Abxaziyanı Gürcüstanın bir hissəsi kimi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG