Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

Moskva polisi Ukraynanın müstəqillik günündə bu ölkəyə dəstəyə görə 5 nəfəri saxlayıb. İki qız və üç oğlan Böyük Daş körpüsünə 10 metrlik Ukrayna bayrağını taxmağa çalışıblar.

Saxlananlardan biri «Эхо Москвы» radiostansiyasına deyib ki, onlar Ukraynanı təbrik etmək istəyiblər. Onun sözlərinə görə, aksiya razılaşdırılmamış hesab olunub.

Bu həftə Moskva məhkəməsi 4 nəfərin ev dustağı edilməsinə dair qərar verib. Onlar paytaxtın mərkəzindəki yüksəklikdə yerləşən ulduzu Ukrayna bayrağının rənglərinə boyamışdılar.

XS
SM
MD
LG