Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Türkmənistanda nadir aksiya [Video]


-

Türkmənistan paytaxtında nadir etiraz aksiyası olub. Təxminən 50 nəfər mənzillərinin pəncərəsindən kondisioneri çıxaran kranlara mane olub.

Parahat-7 yaşayış massivinin sakinlərinə ötən həftə xəbərdarlı olunub ki, Baba Annanov küçəsinə baxan kondisionerləri çıxarsınlar.

Avqustun 23-də kranlar gələndə sakinlər onların qarşısını kəsib. Nəticədə fəhlələr və kranlar ərazini tərk etməli olub.

Sakinlər AzadlıqRadiosuna bildirib ki, rəsmilərə bu işi görməyə imkan verməyəcəklər. Bəziləri hətta etiraz olaraq rayon rəhbərliyinin idarəsinə doğru yürüş təklif edib.

Yayda Aşqabadda temperatur 50 dərəcəyə çata bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG