Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:00

Çinin Müdafiə Nazirliyi hərbi təyyarəsinin ABŞ kəşfiyyat təyyarəsinə «təhlükəli şəkildə yaxınlaşması»na dair Birləşmiş Ştatların iddialarını rədd edib.

Pentaqon bildirib ki, çin qırıcısı Çin sahilindəki beynəlxalq hava məkanındakı ABŞ təyyarəsinə yaxınlaşıb. Hadisə avqustun 19-da Cənubi Çin dənizindəki Haynan adasının 215 kilometrliyində baş verib. Çin qırıcı təyyarəsi keşik çəkən «P-8 Poseidon» Amerika təyyarəsinin 10 metrliyindən keçib.

Birləşmiş Ştatlar bunun martdan dördüncü belə insident olduğunu söyləyir.

Avqustun 23-də yayılmış bəyanatda Çin Müdafiə Nazirliyinin sözçüsü ABŞ-ın ittihamlarını «əsassız» adlandırıb. Nazirlik bildirib ki, çinli pilot «peşəkar əməliyyat aparıb və Çin qırıcısı ABŞ təyyarələrindən təhlükəsiz məsafədə uçub».

Sözçü bildirib ki, ABŞ-ın Çin ərazisinə yaxın kəşfiyyat missiyaları «hadisələrin əsas səbəbidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG