Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:41

İran prezidenti Hassan Rohani gələn ay Rusiyaya səfər edərək Xəzər sammitinə qatılacaq. İranın Press TV-nin məlumatına görə, sammit sentyabrın 29-da Astraxanda, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderlərinin iştirakı ilə keçiriləcək.

Xəzər dənizinin su sərhədləri mübahisəli olaraq qalır. Hər bir ölkə sualtı neft və təbii qaz resurslarını işləmək istəyir.

Öncəki samitlərdə sərhəd məsələlərini həll etmək mümkün olmayıb.

Məlumatlara görə, İranın xarici işlər naziri Mohammad Javad Zarif də sentyabrın 29-da Moskvaya səfər edəcək. Bu səfər rusiyalı həmkarı Sergei Lavrov-un dəvətilə həyata keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG