Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:59

İranın rəsmi xəbər agentliyi bildirir ki, ölkədə qısamənzilli raketlərin və kəşfiyyatçı təyyarələrin yeni nəsli istehsal olunub.

İRNA-nın avqustun 24-də yaydığı məlumata görə, Ghadir raketi 100 kilometr məsafədən dəniz hədəflərini vura bilir.

Nasr-e Basir raketinin vurduğu məsafə açıqlanmayıb, ancaq onun «sakitcə işlədiyi» bildirilir.

İRNA onu da bildirir ki, iki yeni pilotsuz təyyarə – Karrar-4 və Mohajer-4 istehsal olunub, hər ikisi hərbi və dinc məqsədlər üçün xəritəçəkmədə istifadə oluna bilər.

İranın müdafiə nazirliyi yüngül və ağır silahlar istehsal edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG