Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:05

-

Milli Məclisdə ordu, hərbi məlumatların yayımlanması ilə bağlı məhdudiyyətləri özündə əks etdirən qanun layihəsi hazırlanır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Siyavuş Novruzov ANS-ə müsahibəsində qanun layihəsi üzərində işlənildiyini və sentyabrda müzakirəyə çıxarılacağını bildirib:

«Dünyada vətəndaş öz şəxsiyyətini təsdiq etmədən hər hansı bir fikir şərhi yaza bilmir. Amma bizdə ordu haqqında da, insan haqında da müxtəlif fikirlər yazırlar. Azərbaycanda 30 min erməni əsilli adam var. Heç onlar hər hansı bir təxribat xarakterli nəsə yayırlarmı?»- deyə komitə üzvi bildirib.

Qadağan olunmuş informasiyanı yayan şəxs barəsində konkret cəza tədbirlərinin görülməsi nəzərdə tutulur. Dünya təcrübəsində bu tip informasiyaların yayımlanması, xüsusən müharibə vəziyyətində olan ölkələrdə xüsusi qanunla tənzimlənir. Hesab edilir ki, informasiya təhlükəsizliyi ölkə üçün onun sərhədlərinin təhlükəsizliyi qədər vacibdir.

İLQARIN ŞƏKİLLƏRİ VƏ YA SONUNCU «18+»

«Azadlıq» qəzeti: «İlqar Nəsibovun vəhşicəsinə döyülməsindən sonra yayılan fotolar hər kəsi dəhşətə gətirdi. Dəhşəti «adamı belə döyməzlər!» reaksiyasından başqa bir şəkildə ifadə etməyə kimsənin təsəvvürü əl vermədi.

Bizim günlərdə dəhşətin effekti şəraitə uyğun olaraq dəyişir. Məsələn, Yaxın Şərqdə kəsilən başların dığırlanma səhnəsi əvvəlcə «18+» qeydi ilə yayılırdı. Sonra adiləşdi. «18+» çox az KİV-in yadına düşdü və indi bütün dünyada İŞİD deyərkən hər kəsin gözünün qabağına «Allahu Əkbər» bağırtısı və bunun dalınca da kəsilib top kimi kənara tullanan insan başı gəlir. İndi o mənzərələr əvvəlki dəhşətlə qarşılana bilmir. Bəşəriyyət heyrətin miqyaslarını daraldır.

Bir zamanlar Azərbaycanda bir jurnalistin və siyasi fəalın şərlənərək həbs edilməsi heyrət yaradırdı. Sonra bu, adiləşdi. İndi insanları dəstə-dəstə, hətta ən həyasız böhtanlarla şərləyib içəri atırlar, 15 sutka deyil, 15 illik maddələrlə təhdid edən əməllərdə itiiham edirlər. Cəmiyyətdə intelligensiyanın təcəssümü sayılan adamları şərləyirlər və heyrət miqyaslarını kiçildirlər.

UNİVERSİTETDƏ MALİYYƏ POZUNTULARI İLƏ BAĞLI İSTİNTAQA CƏLB OLUNAN VAR

Azərbaycan Dillər Universitetində aşkarlanmış maliyyə pozuntuları ilə bağlı prorektor da daxil olmaqla, 5 nəfər istintaqa cəlb edilib.

Bu barədə APA-ya iş üzrə təqsirləndirilən universitetin prorektoru Elsevər Həmidzadənin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, Hesablama Palatası tərəfindən universitetdə aparılan yoxlamalar zamanı aşkarlanmış maliyyə pozuntusu faktları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E. Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb.

Vəkil deyib ki, 92 cilddən ibarət cinayət işinin materialları yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.

HÖKUMƏTİN EHSAN İSLAHATLARI - TƏHLİL

«Yeni Müsavat» yas mərasimlərində israfçılıqla bağlı tədricən son qoyulmasından yazır.

«Bu qərar etiraz doğura bilər, məcburi olması hüquqi baxımından qanunsuz ola bilər. Əlbəttə, ortaya çoxsaylı sui-istifadə halları da çıxacaq. Amma bütün bunların fonunda belə bu addım müsbət bir qərar olaraq görünür. Çünki hər iki mənada, həm dini, həm də ictimai və sosial hadisə olaraq hazırkı yas mərasimlərinin heç bir izahı yoxdur və hər iki cəhətdən qəbul olunmur».

Günün bütün mövzuları

XS
SM
MD
LG