Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

İsrail ordusu yaşayış binasını dağıdıb


Avqustun 23-də hücuma məruz qalmış bina

Avqustun 23-də hücuma məruz qalmış bina

Avqustun 23-də İsrail hərbi təyyarələri Qəzza şəhərinin mərkəzində 12 mərtəbəli yaşayış binasına iki raket atıb. Fələstin rəsmilərinin məlumatına görə, azı 22 nəfər yaralanıb, onların içində 11 uşaq var.

İsrail ordusu bildirir ki, həmin binada Hamasın əməliyyatlar otağını hədəfə alıb. Ancaq 48 mənzildən ibarət blokun bütünlükdə niyə dağıdıldığını izah etməyib.

Qəzza polisinin məlumatına görə, İsrail təyyarələri öncə binanın damına xəbərdarlıq raketi atıb. Birinci dəfədir ki, İsrail bütöv yaşayış binasını dağıdır.

İsrailin Qəzzaya hücumları nəticəsində 100 min qəzzalı evindən didərgin düşüb. İyulun 8-dən başlanan əməliyyatlarda 2.100-dən çox fələstinli öldürülüb. Onlardan 500-ə yaxını uşaqdır. İsrail tərəfdən 64 əsgər və 4 dinc sakin ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG