Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

İraqdakı hücumlarda 34 nəfər ölüb


İraq Xüsusi Əməliyyat Qüvvələrinin təlimindən foto

İraq Xüsusi Əməliyyat Qüvvələrinin təlimindən foto

İraqda bir neçə bomba partlayışında azı 34 nəfər ölüb. İntiharçı bombaçı Bağdadda kəşfiyyat ofisinə hücum edib, azı 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

İraqın 60 km şimalındakı Baquba şəhərindəki hücumlarda 13 nəfər ölüb. Polis qüvvələri və İslam Dövləti qruplaşması yaraqlıları arasında toqquşmalar olub.

Kərkükdə iki intiharçı hücumunda 18 nəfər həlak olub. Yerli media bildirir ki, həmin hücumlarda azı 100 nəfər yaralanıb, onlar içərisində kürd peşmərgə yaraqlıları da var.

İraqın avtonom Kürdüstan regionunda hücumda şəhər mərkəzində maşın partlayıb, dörd nəfər yaralanıb.

Bu arada İraq hökuməti İslam Dövləti yaraqlılarını ölkənin şimalındakı mövqelərindən çıxarmaq üçün əməliyyata başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG