Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:15

Ukrayna müstəqilliyinin 23 ilini qeyd edir


Petro Poroshenko «BTR» üzərində

Petro Poroshenko «BTR» üzərində

Avqustun 24-də Ukrayna müstəqilliyinin 23 ilini qeyd edir. Ölkənin şərqindəki gərginlik üzündən nisbətən məhdud mərasimlər keçirilir. Prezident Petro Poroshenko Kiyevin mərkəzində parada qatılacaq.

Şənbə günü Rusiyadan yardım daşıyan yük maşınları geri qayıdıb. Rusiyanın birtərəfli şəkildə göndərdiyi yardım karvanı avqustun 22-də sərhədi keçib, Rusiya Ukraynanın prosesi yubatmasına görə səbrinin tükəndiyini bildirib. Ukrayna dərhal bu hərəkəti işğal adlandırıb.

Şənbə günü günortaya yaxın bütün maşınlar Rusiyaya qayıdıb. Bunu ATƏT təmsilçisi Donetskdə jurnalistlərə təsdiqləyib.

Almaniyanın kansleri Angela Merkel Kiyevdə Ukrayna rəsmiləri ilə danışıqlardan sonra bildirib ki, münaqişənin dinc yolla həllinə ümid edir.

Ukraynanın şərqindəki döyüşlərdə 2 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG