Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:51

ABŞ İŞİD rəhbərlərinə hava zərbələri endirməyi nəzərdən keçirir


Arxiv
Arxiv

Britaniya mətbuatında yayılan xəbərlərə görə, Amerika Birləşmiş Ştatları İraq və Şamın İslam Dövləti (İŞİD) rəhbərlərinə qarşı fərdi qaydada raket zərbələri endirməyi nəzərdən keçirir.

Bu da xəbər verilir ki, cihadçıların onun sərhədi üzərindən Suriyaya keçməsinin qarşısını alması üçün Türkiyə üzərinə beynəlxalq təzyiqlər artır.

London siyasiləri Ankaranı britaniyalı cihadçıların Suriyaya keçməsinin qarşısını almağa çağırırlar.

Bu həftəsonu İŞİD döyüşçüləri İraq ordusundan ələ keçirdikləri zirehli maşınlarla Türkiyə-Suriya sərhədində daha geniş əraziləri nəzarətə almaq cəhdləri ediblər.

Mətbuat yazır ki, İŞİD üçün sərhəd strateji əhəmiyyət daşıyır, beləki, bu, cihad səfərbərlərinin və silah-sursatın, habelə yanacağın gətirilməsi üçün ən asan və ən qısa yol sayılır.

İŞİD sıralarında döyüşən əksər avropalı cihadçıların İraq və Suriyaya Türkiyə ərazisindən gəldiyi məlumdur.

“The Guardian” qəzetinin yazdığına görə, ABŞ rəsmiləri bildiriblər ki, Amerika jurnalisti James Foley-nin edamından sonra İŞİD-lə qarşıdurma “yeni məzmun” kəsb edib. Onlar deyirlər ki, Amerika öz vətəndaşlarının harada olmasından asılı olmayaraq onların həyatı üçün cavabdehlik daşıyır.

“Sizi cəzalandırmağa gəlirik…”

ABŞ milli təhlükəsizlik müşavirinin müavini Ben Rhodes deyib: “Əgər biz amerikalılara qarşı qəsd hazırlanmasını və ya Amerikaya qarşı haradansa təhlükə yarandığını görürüksə, həmin təhlükəyə qarşı hərəkət edirik. Biz bunu həmişə aydın şəkildə bildirmişik. Əgər siz amerikalılara xətər yetirmək istəyirsinizsə, bilin ki, harada olursunuzsa olun, sizi cəzalandırmaq üçün gəlirik. Qarşıdan gələn günlərdə planlarımızı qurarkən bizim üçün əsas qayə bu olacaq”.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, ABŞ-ın hərbiyyə rəsmiləri bildiriblər ki, “yüksək dəyəri” olan hədəflərə, məsələn ayrı-ayrı liderlərə zərbə endirilməsinə vaxt lazım gələ bilər.

“Bu bir saat da ola bilər, bir həftə də. Əgər hədəf təlim düşərgəsindədirsə, biz bunu çox tezliklə edə bilərik” – deyib rəsmi.

“New York Times” qəzeti yazır ki, İŞİD liderlərinə qarşı Yəmən, Somali və Pakistanda olduğu kimi pilotsuz təyyarələrdən zərbələr endirilə bilər.

Prezident Barack Obama iki həftə əvvəl İraqdakı kürdlərin İŞİD-lə döyüşlərdə dəstəklənməsi üçün hava reydlərinə əmr verib. Mətbuat yazır ki, ABŞ Suriyadakı ekstremistləri də hədəfləmək qərarına gələrsə, bu, Vaşintonun yerli vətəndaş müharibəsinə müdaxilə etməsində dönüş nöqtəsi olacaq.

Bütün nəzərlər Ankarada

Bu arada Avropa İttifaqı ölkələrinin Türkiyə üzərinə təzyiqləri artmaqda davam edir. Qərbi Avropa Türkiyəni sərhədlərini möhkəmləndirməyə çağırır.

İndiyədək Türkiyə Suriya prezidenti Bashar al-Assad-ın devrilməsi naminə sərhədlərini İŞİD döyüşçüləri də daxil olmaqla cihadçılar üçün açıq saxlayırdı və bu, son üç ildə sərhədyanı bölgəni cihadçılar üçün sərbəst əraziyə çevirmişdi.

Britaniya mətbuatı xəbər verir ki, Ankara İŞİD-lə əlaqələrinə son qoymağı vəd etsə də, sərhəd bölgəsinə əlavə əsgəri qüvvə göndərməyib.

Türkiyə üzərinə Avriopa İttifaqı və NATO vasitəsilə təzyiq göstərilməsinə ən çox çağıran ölkə Britaniyadır.

Bəzi təxminlərə görə İraqdakı cihadçıların sıralarında hər dörd döyüşçüsdən biri Britaniya vətəndaşıdır.

Türkiyə Avropa İttifaqının üzvü olsa…

Britaniya Liberal Demokrat Partiyasının keçmiş lideri lord Menzies Campbell deyib ki, Türkiyə yeniyetmə və gənclərin İslam Dövləti təşkilatına qoşulmasının qarşısını almaqda həyati rol oynaya bilər.

Britaniya parlamentinin kəşfiyyat və təhlükəsizlik komitəsinin üzvü Campbell bildirib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək üçün “tammiqyaslı diplomatik təşəbbüs” göstərilməlidir.

Siyasətçinin fikrincə, bunun əvəzində Türkiyə İŞİD-lə mübarizədə Qərbə daha ciddi dəstək verərdi.

Düşmənin düşməni Assad-dır

Britaniyanın xarici işlər naziri Philip Hammond Londonun Suriyadakı hərbi əməliyyatlarda real iştirakını istisna etməsə də, təhlilçilərin firkrincə Birləşmiş Krallığın hava zərbələrinə qoşulacağı indilik inandırıcı görünmür.

Campbell də daxil bir çox millət vəkilləri bu qənaətdədirlər ki, Britaniyanın hərbi əməliyyatlara qoşulması yalnız BMT qətnaməsinin olduğu təqdirdə reallaşa bilər.

Bir sıra siyasətçilər Britaniya hökumətini İŞİD-lə mübarizə üçün Suriya lideri Assad-la əməkdaşlığa çağırırlar.

Cənab Hammond bu ideyanı dərhal rədd etsə də, London, ümumən belə taktikaya meylli görünür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG