Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:30

«Şərq»: «Münaqişənin həlli yubanacaq»


«Şərq» qəzetindəki «Mü­na­qi­şə­nin həl­li yu­ba­na­caq» başlıqlı məqalədə müəllif yazır ki, Cə­nu­bi Qaf­qaz re­gio­nun­da ya­xın­laş­maq­da olan seç­ki il­lə­ri Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li­ni də don­du­ra bi­lər. Si­ya­si eks­pert­lər bu fi­kir­də­dir ki, 2007-ci il­də Er­mə­nis­tan­da göz­lə­nən par­la­ment, 2008-ci il­də isə Azər­bay­can­da­kı pre­zi­dent seç­ki­lə­ri mü­na­qi­şə­nin həl­li­ni ar­xa pla­na ke­çi­rə­cək. Müəllifin həmsöhbəti Əda­lət Par­ti­ya­sı­nın səd­ri İl­yas İs­ma­yı­lov da adə­tən seç­ki il­lə­rin­də mü­na­qi­şə­lə­rin həl­li is­ti­qa­mə­tin­də dur­ğun­luq ya­ran­ma­sı fik­ri­ni təs­diq­lə­yir. Bu­nun­la be­lə, o, bu qə­na­ət­də­dir ki, hər han­sı si­ya­si pro­se­sin baş­la­yıb bit­mə­si­ni göz­lə­mə­dən Azərbaycan özü Qa­ra­bağ prob­le­mi­nin həl­li­nə baş­la­ma­lı­dır. İlyas İsmayılovun fikrincə, Dağ­lıq Qa­ra­bağ münaqişəsinin həllini bey­nəl­xalq təş­ki­lat­la­rın üzə­ri­nə atıb, vax­ta­şı­rı han­sı­sa eks­pert­lə­rin fik­ri­nə ar­xa­lan­saq, on­da prob­lem əbə­di həll olun­ma­mış qa­la­caq.


«Yeni Müsavat» qəzetinin əməkdaşı yazır ki, hakimiyyət daxilindəki qruplaşmaların arasında gedən «soyuq müharibə» getdikcə təhlükəli həddə çatır. Söhbət nəzarətində qeyri-leqal silahlı qruplaşmalar olan hakimiyyət təmsilçilərindən gedirsə, təbii ki, bu ziddiyyətlərin dərinləşməsi təkcə İlham Əliyev üçün deyil, dövlət və cəmiyyət üçün də çox təhlükəlidir. AXCP sədrinin müavini Qulamhüseyn Əlibəyli baş verənləri hakimiyyət daxilində uzun müddətdən bəri davam edən ziddiyyətlərin üzə çıxması kimi dəyərləndirir. Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab etmir ki, hakimiyyətdaxili qruplar İlham Əliyevi devirmək üçün mübarizə aparırlar: «Bu mübarizə əslində, tamam başqa hədəflər uğrunda gedir. Yəni artıq hər kəs özünün stabil hakimiyyət dönəmini, heç kəsdən asılı olmayan qrup lideri dövrünü yaşamaq istəyir».


«525-ci qəzet» xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə «Realnıy Azerbaydjan» qəzetini məhkəməyə verib. Buna onun adından ötən həftənin sonları sözügedən qəzetdə Daxili İşlər naziri Ramil Usubov haqda dərc edilən fikirlər səbəb olub. Həmin açıqlamada Aydın Mirzəzadənin adından Ramil Usubovun DİN sistemindəki hadisələrlə bağlı parlamentə hesabat verməsi tələb olunurdu. Millət vəkili isə belə fikirlər səsləndirmədiyini iddia edir. «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə deyir ki, qəzetdə Aydın Mirzəzadənin fikirləri olduğu kimi dərc edilib.


«Korrupsiyanın kökünü kəsmək üçün Dövlət Yol Polisi İdarəsində (DYPİ) aparılmış islahatlardan nümunə götürərək bu üsuldan istifadə etmək lazımdır». «Şəffaflıq-Azərbaycan» Təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva «Xalq Cəbhəsi» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Xanım Səfərəliyevaya görə, DYPİ sistemində korrupsiyanın qarşısını almaq üçün düzgün yanaşma üsulundan istifadə edilib. Birincisi, sistemin işçilərinin maaşı kəskin şəkildə qaldırılıb. İkincisi, onlara təlim-treninq kursları keçirilib. Üçüncü məqam isə, sistemli islahatların ararılmasıdır. Sonuncu - dördüncü məqam isə cəza mexanizmlərinin işlənilməsi və istifadə olunmasıdır. Rəna Səfərəliyeva onu da bildirib ki, hazırda siravi vətəndaşların nöqteyi-nəzərində daha çox korrupsiyalaşmış sahə məhkəmə sistemidir. Əhali hakimlərin rüşvət istəməsi və məhkəmə qərarlarının icra edilməməsiylə üzləşirlər. İkinci yerdə isə bələdiyyələr və yerli icra hakimiyyəti strukturlarıdır. Şikayətlərin əsas məzmunu torpaq paylanması və tikinti üçün icazə verilməməsiylə bağlıdır.


XS
SM
MD
LG