Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:52

Ukraynaya yük aparan Rusiya maşınları geri qayıdır


-

Rusiyadan Ukraynanın şərqinə humanitar yardım aparan ilk 7 maşın yüklərini boşaltdıqdan sonra geri, Rusiyaya qayıdıb.

Bu barədə Interfax-a Cənub Gömrük İdarəsinin mətbuat xidməti məlumat verib.

Rusiyadan gələn konvoy Luqansk istiqamətindən Ukraynaya avqustun 22-də keçib. Rusiya rəsmi nümayəndələrinin verdiyi məlumata görə, həmin maşınlarda 2 min tona yaxın ərzaq, dərman preparatları və yataq dəstləri olub.

Ukrayna hakimiyyəti Rusiyadan yük maşınlarının ölkəyə girməsini təcavüz kimi qiymətləndirib və bildirib ki, yükün çatdırılmasını Beynəlxalq Qızıl Xaç Komitəsi öz üzərinə götürməlidir.

Rusiya Xarici İşlər Nazirliyi isə humanitar yardımın bütün normalara uyğun olaraq Ukraynaya aparıldığını bəyan edib. Nazirlik yükün ünvana çatdırılmasında gecikməyə görə Ukrayna hakimiyyətini ittiham edib.

ABŞ və NATO Ukrayna hakimiyyətinin mövqeyini müdafiə edib. Pentaqon rəsmisi John Kirby Rusiyanı Ukraynaya yardım aparan maşınları təcili geri qaytarmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG