Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:51

Tələbənin meyiti parkda tapılıb


-

Rusiyadan olan 20 yaşlı tələbə Alexander Sagiyev-in meyiti Vayominq ştatı ərazisindəki Qrand Tenton parkında tapılıb.

Bu barədə yerli hakimiyyət nümayəndələri məlumat yayıblar.

Nijnı-Novqoroddan olan tələbə tətil dövründə pitsa hazırlanan yerdə işləyirmiş. Bazar günü o, dağlara gəzməyə gedib. Bazar ertəsi işdə görünmədiyindən 60 nəfər onun axtarışlarına başlayıb.

Rusiyalı tələbənin meyiti gəzməyə getdiyi dağın yamacında tapılıb. Ölümünün səbəbləri haqqında hər hansı məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG