Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:03

-

Vaşinqton Çin hərbi təyyarəsinin ABŞ hərbi dəniz qüvvələrinə məxsus təyyarənin bir neçə metrliyində etdiyi manevrlərə görə Çinə etirazını bildirib.

Bu barədə ABŞ müdafiə nazirliyinin mətbuat katibi John Kirby məlumat verib.

Kirby-nin dediyinə görə, hadisə avqustun 19-da Cənubi Çin dənizindəki Haynan adasının 215 kilometrliyində baş verib. Çin qırıcı təyyarəsi keşik çəkən «P-8 Poseidon» Amerika təyyarəsinin 10 metrliyindən keçib.

John Kirby Çin təyyarəçisinin bu addımını təhlükəli və qeyri-peşəkar adlandırıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rhodes isə hadisəni ciddi narahatlıq doğuran təxribat adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG