Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:03

21 il əvvəl Füzuli və Cəbrayıl işğal olunub


-

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 21 il ötür.

İşğal günü ilə bağlı Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri, məcburi köçkünlər və ictimaiyyət nümayəndələri «Şəhidlər Xiyabanı»nı ziyarət ediblər.

1993-cü il avqustun 23-də Füzulu rayon mərkəzi və 51 kənd işğal olunub. İşğal zamanı 1300 –dən çox adam həlak olub.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Hazırda həmin ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.

XS
SM
MD
LG