Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Naxçıvandakı partiyalar İlqar Nəsibovla bağlı bəyanat verdilər


İlqar Nəsibov

İlqar Nəsibov

-

Naxçıvandakı bir qrup siyasi partiya İlqar Nəsibovun döyülməsini pisləyən bəyanatla çıxış edib.

Bəyanatı imzalayan Müsavat, AXCP və Vətəndaş Həmrəyli Partiyası

hesab edir ki, İlqar Nəsibovun döyülməsi yerli hakimiyyətin hüquq müdafiəçiləri, jurnalistlər və siyasi partiyalara olan hücumlarının davamıdır.

«Biz yerli hakimiyyətdən İlqar Nəsibovun döyülməsi faktını obyektiv araşdırmasını və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik» - bəyanatda bildirilir.

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-i axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri - Fərid Əsgərov saxlanılıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

XS
SM
MD
LG