Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Keçmiş hakimə cinayət işi açılıb


Foto: Arxiv
Foto: Arxiv

-

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevə qarşı «külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə» və «rüşvət vermə» maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə apa-ya keçmiş hakimin vəkili Adəm Məmmədov məlumat verib.

Bir müddət əvvəl mətbuatda Həsən Əliyevin Rusiyadan gəlmiş işadamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb.

Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı işadamı Elman Məmmədova müraciət edib. O da onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev də işə düzəltmək adı ilə ondan 600 min manat alıb. Lakin sonradan pulu qaytarmayıb.

Bundan sonra Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və Elman Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

Prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.

XS
SM
MD
LG