Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:49

Angela Merkel-in Ukraynaya səfəri başlayır


Angela Merkel və Petro Poroshenko

Angela Merkel və Petro Poroshenko

-

Almaniya kansleri Angela Merkel avqustun 23-də Ukraynaya gedir.

Almaniya mətbuatına müsahibəsində o deyib ki, səfər zamanı Ukraynanın şərqində atəşkəsin əldə olunmasına cəhd etməyə çalışacaq. Bundan başqa, ölkə rəhbərliyi ilə Kiyevə yardım məsələsini müzakirə edəcək.

Merkel həmçinin vurğulayıb ki, Ukraynanın şərqindəki münaqişəni yalnız hərbi yolla həll etmək mümkün deyil.

Ukrayna xarici işlər nazirinin müavini isə Merkel-in səfərini «Ukrayna ilə həmrəylik siqnalı» adlandırıb.

Məlumata görə, Almaniya kansleri Ukrayna prezidenti, baş nazir, o cümlədən Kiyev, Donetsk, Lvov merləri və Krım tatarlarının nümayəndəsi ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG