Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:50

Bakıda avtomobil qəzası güclü yanğınla nəticələndi


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

Avqustun 22-si gecə saatlarında Bakı dairəvi avtomobil yolunda yanacaq daşıyan maşın qəza törədib. APA-nın məlumatına dəmir arakəsməyə çırpılaraq aşıb, nəticədə partlayış və yanğın baş verib. Avtomobilin çənində olan benzin 200 m əraziyə dağılıb.

AzadliqRadiosunda hələlik insan tələfatı və ya xəsarət alanlar haqda məlumat yoxdur. Xəbər verilir ki, qəza baş verən əraziyə Yasamal, Səbail və Binəqədi rayonlarından yanğınsöndürmə briqadaları gəlib.

Musavat.com saytının hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, Bakının Yasamal rayonunun әksәr hissәsi işıqsız qalıb. Bundan başqa, Binәqәdi, Abşeron, Sәbail, Xәzәr və Xətai rayonlarında da elektrik tәminatında problemlәr olub.

"Bakıelektrikşəbəkə"nin mətbuat xidmətin rəhbəri Tanrıverdi Mustafaeyev yol qəzası ilə bağlı elektrik enerjisində problemlərin yarandığını təsdiqləyib. O, ətraflı məlumatı hadisə yerinə çatdıqdan sonra verəcəyini deyib.

XS
SM
MD
LG