Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:27

Prezident Erdoğan sentyabrın 3-də Azərbaycana gəlir


Recep Tayyib Erdoğan
Recep Tayyib Erdoğan

-

Türkiyənin yeni prezidenti Recep Tayyib Erdoğan sentyabrın 3-də Azərbaycana gələcək.

Bu barədə avqustun 22-də Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Azərbaycana gəlməzdən əvvəl o, sentyabrın 1-də tanınmamış Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

Azərbaycana səfərindən sonra Erdoğan sentyabrın 4-5- i Uelsdə keçiriləcək NATO zirvə toplantısına qatılacaq. Sentyabrın 21-də isə o, BMT-nin toplantısında iştirak etmək üçün Nyu Yorka gedəcək.

Keçmiş Baş nazir Recep Tayyib Erdoğan bu il avqustun 10-da keçirilən seçkidə prezident seçilib. Onun avqustun 28-dən səlahiyyətlərinin icrasına başlayacağı gözlənir.

XS
SM
MD
LG