Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Ombudsman aparatının əməkdaşları həbsdəki Kərimli qardaşları ilə görüşüb


Müsavatçı fəal Fərəc Kərimli

Müsavatçı fəal Fərəc Kərimli

Ombudsman Aparatının əməkdaşları həbsdə olan müsavatçı fəal Fərəc Kərimli və onun qardaşı Sirac Kərimli ilə görüşüblər. Bu haqda AzadlıqRadiosuna qardaşların atası Raqif Kərimli məlumat verib:

«Fərəc zəng etmişdi. Bildirdi ki, Ombudsman Aparatından gəlib onlarla maraqlanıblar. Sirac işgəncəyə məruz qaldığını bildirib. Aparat əməkdaşları onun döyülməsi ilə bağlı ekspert dəvət edəcəklərinə söz veriblər».

Fərəc Kərimli iyulun 23-də saxlanıb, 25-də məhkəmə onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Daxili İşlər Nazirliyi saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı haqda məlumat yaymışdı. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunmuşdu.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Beynəlxalq Amnesty İnternational təşkilatı qardaşları «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG