Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:40

İlhamla Fərizənin məzarları təhqir olunub


İlham və Fərizənin məzarları

İlham və Fərizənin məzarları

Avqustun 22-ə keçən gecə Bakıdakı «Şəhidlər Xiyabanında» İlham və Fərizənin məzarlarına təhqiredici hərəkət edilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin «qəbir üzərində təhqiredici hərəkət» maddəsi ilə cinayət işi başlanıb. Bu hərəkəti edənlər iki il müddətə islah işləri və ya beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Baş prokurorluğun yaydığı məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

«Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir» - deyə məlumatda bildirlir.

İlham Allahverdiyev 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar zamanı həlak olub. Bu hadisədən sonra onun həyat yoldaşı Fərizə Allahverdiyeva da intihar edib. Onlar «Şəhidlər Xiyabanında» yanbayan dəfn olunub. Məzarları üzərində qara mərmərdən olan baş daşında onların toy fotoları həkk olunub.

Azərbaycanda Fərizə ilə İlhamın toy gününün - 30 iyunun «Sevgi günü» elan edilməsi ilə bağlı təşəbbüslər qaldırılıb. Kütləvi olmasa da bu tarix hər il Azərbaycanda qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG