Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

HRW Merkelə müraciət edib ki, insan haqları pozuntuları ilə bağlı Poroshenkoya təsir göstərsin.


Human Rights Watch insan haqları təşkilatı Almaniya kansleri Merkelə müraciət edib ki, Kiyevə səfərindən istifadə edərək Ukraynadada insan haqları pozuntuları ilə bağlı prezident Poroshenkoya təsir göstərsin.

Avqustun 23-də Merkel Ukraynaya səfərə gəlir.

Human Rights Watch Merkeli Ukraynada Rusiya jurnalistlərinin bir sıra həbslərini açıq pisləməyə çağırır.

Təşkilat avqustun 5-dən Ukranayda rusiyalı fotoqraf, “Rossiya Seqodnya”-nın fotomüxbiri Andrey Steinin yoxa çıxmasını qeyd edir.

Human Rights Watch Merkeli Ukraynanın hökumət qoşunlarının fərq qoymadan mülki əraziləri atəşə tutması məsələsini qaldırmağa çağırır.

Təşkilat qeyd edir ki, separtaçılar mülki ərazilərdən hökumət qoşunlarına hücum üçün istifadə edir. Ancaq bu, hökumət qoşunlarının pozuntularına bəraət qazandıra bilməz.

XS
SM
MD
LG