Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:30

ABŞ İslamabaddakı nümayişləri diqqətlə izləyir və daxili mübahisəyə qarışmır


ABŞ Pakistanın paytaxtı İslamabadda nümayişləri diqqətlə izləyir. Burda nümayişçilər şəhərin bir sıra yerlərini və hökumət binalarını tutublar və baş nazirin istefasını tələb edirlər.

ABŞ səfirliyi avqustun 21-də bəyanat verərək tərəfləri zorakılıqdan çəkinməyə çağırıb və bildirir ki, Pakistanda partiyalar arasında mübahisəyə qarışmır.

Bundan əvvəl müxalifətin Tehrik-i-İnshaat partiyasının lideri Imran Khan ABŞ-ı Pakistanın daxili siyasətinə qarışmaqda ittiham etdi.

Avqustun 21-də Pakstan parlamentinin qəbul etdiyi qərar küçə nümayişlərinin baş naziri zorla istefaya göndərmək istəməsini konstitusiyaya zidd adlandırdı.

İmran Khan və populist dini lider Tahir ul-Qadri ayrl-ayrı küçə nümayişlərinə başçılıq edirlər. Ümumi məqsəd isə baş nazir Navaz Sharifi istefaya göndərməkdir.

XS
SM
MD
LG