Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:40

Rusiya Kiyevin razılığı olmadan ilk yük maşınlarını yola saldı


Rusiya bildirib ki, gecikdirmələrdən bezdi və humanitar yardım konvoyundan olan ilk yük maşınlarını avqustun 22-də Ukraynanın Şərq regionuna yola salıb.

İnterfaks agentliyi adı çəkilməyən Ukrayna rəsmisinə istinadla bildirir ki, Kiyevin razılığı olmadan Rusiyanın yük maşınları Ukrayna sərhəddini keçib və Qızıl Xaç bu maşınları müşayət etmir, çünki təhlükəsizliyə təminat yoxdur. Qızıl Xaç Təşkilatı öz Twitter səhifəsində yazır ki,”vuruşan tərəflərdən kifayət qədər təhlülkəsizlik təminatı almamışıq”.

Bundan az əvvəl Moskva Kiyevi “süni tələblər” fikirləşməkdə ittiham etmişdi və xəbərdarlıq edirdi ki, humanitar yardımın qabağını almağa cəhd göstərilməsin. Kiyev isə bildirir ki, humanitar yardım adı ilə yaraqlılara silah göndərilə bilər.

Avqustun 12-dən Rusiyanın humanitar yardımla dolu 250-dən çox yük maşını Moskva regionundan start götürdü. Moskvanın dediyinə görə, onlar 2 min ton ərzaq və digər zəruri mallar aparır.

XS
SM
MD
LG