Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:14

Məhkəmə Anar Məmmədli ilə Bəşir Süleymanlını ev dustaqlığına buraxmadı


Bəşir Süleymanlı və Anar Məmmədli

Bəşir Süleymanlı və Anar Məmmədli

Avqustun 22-də Bakı Apellyasiya Məhkəmsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birlyinin rəhbəri Elnur Məmmədovun işi üzrə şikayətə baxıb.

Vəkillər Anar Məmmədli və Bəşir Süleymanlının ev dustaqlığına buraxılması, iş üzrə qalan şahidlərin dindirilməsi, ümumiyyətlə işə yenidən baxılması ilə bağlı vəsatətlərlə çıxış ediblər.

Proses zamanı təqsirləndirilən şəxslərin şüşə qəfəsə salınması da narazılıqla qarşılanıb.

Vəkil Fariz Namazlı müdafiə etdiyi şəxslərin qəfəsdən çıxarılıb onlarla bir yerdə oturmasını istəyib. Amma hakim Əflatun Qasımov vəsatətlərin heç birini təmin etməyib.

Növbəti proses sentyabrın 5-ə təyin edilib.

Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A. Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Eyni ittiham «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədova qarşı da sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay, Bəşir Süleymanlını 3 il 6 ay azadlıqdan məhrum edib. Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb.

Baş Prokurorluq bildirir ki, cinayət işinin araşdırılmasına Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar əsasında başlanıb.

Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG