Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:18

-

Avqustun 22-də Milli Şuraya daxil olan partiyalar və Müsavat Fəxri Xiyabanda Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.

Müsavat və Milli Şuraya daxil olan partiya və təşkilatlar anım mərasimini ayrı-ayrılıqda keçiriblər.

Azərbaycanın ikinci prezidenti olan Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub.

Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib.

1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb.

Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 22-də 63 yaşında vəfat edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG